Bir əsr yaşı olan bölgə qəzetinin yubileyi qeyd edildi - FOTO

Bir əsr yaşı olan bölgə qəzetinin yubileyi qeyd edildi - FOTO

Hazırda oxunan: Bir əsr yaşı olan bölgə qəzetinin yubileyi qeyd edildi - FOTO

170335

“Zaqatala” qəzetinin 100 illik yubileyi qeyd olunub. 1923-cü ilin martında ilklərdən biri kimi “Zaqatala kəndçisi” adı ilə fəaliyyətə başlayan bu nəşr orqanı o dövrdə ölkəmizdə ana dilində çap olunan 23 qəzetdən biri olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, mətbu orqanın bir əsrlik yubiley münasibəti ilə qəzetin redaktoru, əməkdar mədəniyyət işçisi İbrahim İbrahimov “Bir əsrlik səlnaməçilik yolu” mövzusunda çıxış edib. 

“Bir qəzetin 100 yaşına çatması çox böyük hadisədir. Bu, qəzeti yüz yaşa çatdıran yaradıcı insanların, həm də sadiq oxucuların xidmətidir deyən İbrahim İbrahimov  “Zaqatala kəndçisi” qəzetinin ilk nömrəsinin foto nüsxəsini iştirakçıların diqqətinə təqdim edib”, - deyə İ. İbrahimov bildirib.

Qeyd edilib ki, qəzet 1923-1962-ci illərdə “Zaqatala kəndçisi”, “Kolxozun səsi”, “Kolxoza doğru”, “Bolşevik kolxozu uğrunda”, 1962-1991-ci illərdə “Qırmızı bayraq” və nəhayət 1991-ci ilin sonundan isə “Zaqatala” adları altında fəaliyyət göstərib. Qəzet fəaliyyət göstərdiyi 100 il ərzində 4 dəfə əlifba, 3 dəfə isə çap texnologiyalarının dəyişikliyi zamanı meydana gələn çətinlikləri yaşamalı olub.

Digər çıxış edənlər də qəzetin fəaliyyətini yüksək qiymətləndirib, gələcək fəaliyyətlərində kollektivə uğurlar arzulayıblar.





Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO