Leyla Abdullayeva: “Ordumuz humanitar hüququn normalarına uyğun döyüşür”

Leyla Abdullayeva: “Ordumuz humanitar hüququn normalarına uyğun döyüşür”

Hazırda oxunan: Leyla Abdullayeva: “Ordumuz humanitar hüququn normalarına uyğun döyüşür”

1703

“Mövcud cəzasızlıq mühitində olan Ermənistan öz təcavüzkar fəaliyyətini davam etdirərək 27 sentyabrda yeni bir işğala, yeni aqresiyyaya əl atdı. Ermənistanın 27 sentyabr tarixindən bəri həyata keçirdiyi yeni təcavüz tədbirləri bilavasitə beynəlxalq hüququnun fundamental norma və prinsiplərini, eləcə də beynəlxalq humanitar hüquq və bu hüquq çərçivəsində Ermənistanın üzərinə götürdüyü öhdəliklərinin, həmçinin 1949-cu il Cenevrə Konvensiyaların və onun əlavə protokollarının kobud şəkildə pozulmasıdır”.

Bizim.Media-nın xəbərinə görə, bunu Hərbi İnformasiya Mərkəzinin brifinqində Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

XİN rəsmisi qeyd edib ki, Ermənistanın yeni təcavüz aktı çərçivəsində Azərbaycan mülki əhalisinə qarşı çoxsaylı cinayətlər törədilib:

“Bu cinayətlər müharibə cinayətləri və insanlıq əleyhinə cinayət kimi tövsiyə olunmalıdır. Azərbaycanın qüdrətli Ordusu qarşısında acizliyini görən Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki şəxslərini, cəbhədən xeyli uzaqda yerləşən şəhərlərimizin yaşayış məntəqələrini, dinc əhalini hədəfə alıb və istifadəsi qadağan olunmuş silahlardan istifadə edib.

Nəticədə Azərbaycan mülki şəxsləri arasında ciddi itkilər baş verib. Azərbaycan Ordusu əks-həmlə əməliyyatını məhz humanitar hüququn mövcud norma və prinsiplərinə uyğun həyata keçirir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO