Şabranda inzibati binada YANĞIN – YENİLƏNİB

Şabranda inzibati binada YANĞIN – YENİLƏNİB

Hazırda oxunan: Şabranda inzibati binada YANĞIN – YENİLƏNİB

170274

Şabranda şəhər icra nümayəndəliyinin inzibati binasında baş verən yanğın söndürülüb. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, yanğın şəhər nümayəndəliyinin binasında yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şabrandakı şöbəsinin 2 otağında baş verib. 

Ümumi sahəsi 48 kvadratmetr olan şöbənin 2 otağında 24 kvadratmetr sahə yanıb.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun genişlənməsinin qarşısı alınıb. İlkin ehtimala görə, yanğın elektrik naqilində baş verən qısaqapanma nəticəsində qeydə alınıb. 

*** 15:28

Şabranda şəhər icra nümayəndəliyinin ikimərtəbəli inzibati binasında yanğın qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. 

Yanğının baş vermə səbəbi açıqlanmır. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO