Rusiyadan Ermənistana hərbi texnika göndərmə cəhdinin qarşısı alındı - FOTO

Rusiyadan Ermənistana hərbi texnika göndərmə cəhdinin qarşısı alındı - FOTO

Hazırda oxunan: Rusiyadan Ermənistana hərbi texnika göndərmə cəhdinin qarşısı alındı - FOTO

17025

Rusiyanın Ural regional operativ gömrüyünün əməkdaşları Ermənistana hərbi texnika göndərmə cəhdinin qarşısını alıb.

Bizim.Media Rusiya Federal Gömrük Xidmətinin rəsmi saytına istinadla xəbər verir ki, Uralın cənubundan olan bir nəfər kuryer xidməti vasitəsi ilə tank stabilizatorunun ehtiyat hissələrini Ermənistana göndərməyə cəhd edib.

Məlumatda bildirilir ki, stabilizatorlar hərbi texnikalarda, o cümlədən “T-72” markalı tanklarda istifadə olunur.

Qeyd edilib ki, bu məhsullar  Rusiya Federasiyasının Müdafiə Nazirliyinin  əsas raket və artilleriya şöbəsinin nomenklaturasına  aiddir, pulsuz satışı qadağandır və Rusiya xaricinə ixracı xüsusi lisenziya əsasında həyata keçirilir.

Aşkar edilmiş faktla əlaqəli cinayıt işi başlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO