Şamaxıda qohumunu öldürən şəxs barəsində cinayət işi BAŞLANIB

Şamaxıda qohumunu öldürən şəxs barəsində cinayət işi BAŞLANIB

Hazırda oxunan: Şamaxıda qohumunu öldürən şəxs barəsində cinayət işi BAŞLANIB

170163

Dekabrın 21-də saat 18:30 radələrində Şamaxı rayon sakini 1979-cu il təvəllüdlü Rəfail Feyzullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya Şamaxı rayon prokurorluğundan bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Şamaxıda qohumlar arasında ədavət faciə ilə BİTDİ


Qeyd edilib ki, araşdırma zamanı 1990-cı il təvəllüdlü Saday Manafovun aralarındakı şəxsi münasibətləri zəminində qohumu Rəfail Feyzullayevi silahdan bir neçə dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Saday Manafov iş üzrə prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub. 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO