"Amerika Birləşmiş Ştatlarının Ukraynaya hərbi yardım göndərmək üçün vaxtı və pulu tükənib".
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Dövlət Departamentində ilin yekunlarına dair mətbuat konfransında deyib.
“Bizim Kiyevi dəstəkləmək üçün ayrılan pulumuz demək olar ki, tükənib və vaxtımız da yoxdur”, - deyə o bildirib.
Blinken ABŞ Konqresindən Ukraynaya yeni yardımların ayrılması məsələsinə tez bir zamanda baxılmasını tələb edib.
Bizim.Media