"Zirə" və "Səbail" 1/4 finalda

Hazırda oxunan: "Zirə" və "Səbail" 1/4 finalda

169979

Azərbaycan kubokunda 1/8 final mərhələsi davam edir.

Bizim.Media xəbər verir ki, bu günə nəzərdə tutulan 2 görüşdən 1-i artıq başa çatıb. 

"Səbail" 1-ci liqa təmsilçisi "Şamaxı"nı qəbul edib. Matçda paytaxt təmsilçisi 6:0 hesabı ilə qalib gəlib və 1/4 finala adlayıb. 

Saat 17:00-da start götürən oyunda isə "Zirə" "Turan Tovuz"la üz-üzə gəlib. Bakı təmsilçisi 0:1 geridə olsa da, 2:1 hesablı əzmkar qələbə qazanıb. Komanda 1/4 finalda "Səbail"ə rəqib olub.

Qeyd edək ki, daha əvvəl "Sabah", "Sumqayıt", "Araz-Naxçıvan" və "Qəbələ" 1/4 finala vəsiqə qazanıblar. Bu mərhələnin "Qarabağ" - MOİK və "Neftçi" - "Qaradağ Lökbatan" oyunları isə dekabrın 21-də keçiriləcək.
Xatırladaq ki, 1/8 final bir oyundan ibarətdir. 

20 dekabr 

17:00. "Zirə" - "Turan Tovuz" - 2:1

Qol: Otto Con, 4 (0:1), Filipe Paxtmann, 82 (1:1), Rüstəm Əhmədzadə, 89 (2:1)

Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə

Zirə İdman Kompleksinin stadionu

14:00. "Səbail" - "Şamaxı" - 6:0 

Qollar: Amil Yunanov, 23-pen; Amil Yunanov, Pedro Nuno, 50, Rüfət Abdullazadə, 56, 80, Adi Mehremiç, 90+2

Hakimlər: Tural Qurbanov, Rahil Ramazanov, Zöhrab Abbasov, Rövşən Rəcəbov

"ASCO Arena"

21 dekabr 

14:00. “Qarabağ” – MOİK

18:00. “Neftçi” – “Qaradağ Lökbatan”

Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Teymur Teymurov, Vüqar Həsənli

"Neftçi Arena"

1/4 final cütləri

"Araz-Naxçıvan" - "Qəbələ"

"Sumqayıt" / “Neftçi” - "Qaradağ Lökbatan" cütünün qalibi

"Sabah" / "Qarabağ" - MOİK cütünün qalibi

"Səbail" - “Zirə” 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO