İradə İsakdan Nigara: “Dilimizdən, musiqimizdən uzaq insan münsif olmamalıdır” – FOTO

İradə İsakdan Nigara: “Dilimizdən, musiqimizdən uzaq insan münsif olmamalıdır” – FOTO

Hazırda oxunan: İradə İsakdan Nigara: “Dilimizdən, musiqimizdən uzaq insan münsif olmamalıdır” – FOTO

169956

""İctimai" televiziyada yayımlanan "Maska" verilişi haqda yazmaq istədim. Televiziyada yox, sosial şəbəkədə yayımlanan hissələri izləmişəm. Hələ ən yaxşı hissələri yəni... Müsbət tərəfləri öz yerində. Həqiqətən, proqram yaxşı hazırlanır, maskalardan tutmuş çıxışlara qədər. İki məqam ürəyimcə olmadı". 

Bizim.Media xəbər verir ki, bu sözləri telejurnalist İradə İsak sosial şəbəkə hesabında paylaşdığı postda yazıb. 

İ.İsak sözügedən şouda münsif heyətində yer alan ölkəmizə "Avroviziya" sevinci yaşadan müğənni Nigar Camalın səsləndirdiyi fikirləri və şərhləri tənqid edib: 

"Verilişdə Nigar Camalın ekspert kimi iştirakı doğru deyil. Tamam, xanım "Avroviziya" qalibidir, bu, öz yerində. Amma Azərbaycan musiqisindən, dilindən, ənənələrindən uzaq insandır. Demək olar ki, onu az adam tanıyır. Əgər özləri demiş məşhur xəfiyyələrin işi qəhrəmanın kimliyini tapmaqdırsa, bu iş qətiyyən onluq deyil. Hər dəfə də digər iştirakçıların ağzından çıxanları təkrarlamaqla məşğul olur". 

İradə, həmçinin iştirakçıların çıxışlarında bu layihəni tərifləməsini süni adlandırıb: 

"Bununla yanaşı, iştirakçıların yeri gəldi-gəlmədi, bu şounu keçirdiyi üçün İTV-ni, verilişi tərifləməsi, "Bizdə də belə layihə çəkilir, ay aman" sözlərini hər dəfə qeyd etməsi çox sünilik yaradır. Bu əziklikdən qurtulmaq lazımdır. "Maska" nə İTV-nin layihəsidir, nə də burada qeyri-adi nəsə yoxdur. Beynəlxalq layihədir, pulu olan alır, alanla da şərt kəsirlər ki, layihənin mövcud standartlarından çıxmaq, keyfiyyəti aşağı salmaq olmaz. Vəssalam, yoxsa dərhal dayandırırlar. Mən bir dəfə də elə bahalı layihəni gətirdiyi üçün Acun İlıcalıya təşəkkür edən bir münsif görmədim. Yəni artıq bu əziklik, yersiz tərif sindromunu bitirmək lazımdır. Qalan hər şey əladır". 

Telejurnalist sözügedən layihədə münsif kürsüsündə Nigar Camalın yerinə Əməkdar artist Teymur Əmrahın oturmasını istəyib: 

"Orada da ən doğru münsif olaraq Murad Arifi görürəm. Nigar Camalın yerinə isə kimi görürsünüzsə, təbii, Azərbaycan və dünya musiqisini bilən, başı çıxan birinin namizədliyini yaza bilərsiniz. Mənə də maraqlı olar. Mən Teymur Əmrah olaraq düşündüm. Həm də adamın şou tərəfləri də var. Maraqlı fikirləri var". 


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO