İƏT Baş katibi müavininin Ağdam TƏƏSSÜRATI  - ''Allaha dua edirəm ki...''

İƏT Baş katibi müavininin Ağdam TƏƏSSÜRATI  - ''Allaha dua edirəm ki...''

Hazırda oxunan: İƏT Baş katibi müavininin Ağdam TƏƏSSÜRATI  - ''Allaha dua edirəm ki...''

16995

“İndiyə kimi gördüyümüz mənzərə çox ürəkağrıdıcıdır. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bizimlə eyni bəşəriyyəti bölüşən insan məxluqları belə vəhşiliklər törədiblər”.

Bizim.Media-nın məlumatına görə, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavesa Senqendo Ağdama səfəri zamanı jurnalistlərə deyib.

O bildirib ki, İƏT hər zaman Azərbaycanın torpaqlarını azad etmək hüququnu tanıyır və bunu ədalətli mövqe kimi qəbul edir.

“İndi biz bu ərazilərin azad olduğunu görürük. Amma mən Allaha dua edirəm ki, burada həyatını itirmiş şəxslərə özünün cənnətini nəsib etsin. Eyni zamanda da İƏT-ə üzv olan dövlətləri də bu ərazilərin yenidən qurulmasına və bərpa işlərinə qatılmağa çağırıram. Ümidvaram ki, onlar dəstəyə davam edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO