Azərbaycanda 1 şagirdi olan 7 məktəb var - RƏSMİ  

Azərbaycanda 1 şagirdi olan 7 məktəb var - RƏSMİ  

Hazırda oxunan: Azərbaycanda 1 şagirdi olan 7 məktəb var - RƏSMİ  

169873

Hazırda Azərbaycanda ən az və ən çox şagirdi olan məktəblərin sayı və onların harada fəaliyyət göstərdiyi maraq doğurur. 

Bizim.Media xəbər verir ki, Elm və Təhsil Nazirliyi “modern.az”ın bununla bağlı sorğusuna cavab verib. 

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, hazırda Azərbaycanda sadəcə 1 şagirdin təhsil aldığı 7 məktəb fəaliyyət göstərir. 

Bu məktəblərdən 1-i Ağsu rayonunda, 2-si İsmayıllıda, 2-si Lerikdə və 2-si Qubada yerləşir. 

Elm və Təhsil Nazirliyi şagird sayı ən çox olan məktəblərin də harada olduğuna aydınlıq gətirib. 

Bildirilib ki, şagird sayı 4000-dən çox olan 10 məktəb var ki, bunlardan 3-ü Abşeron rayonunda, 7-si isə Bakı şəhəri ərazisindədir. 

Azərbaycanda şagird sayı 5000-dən çox olan 3 məktəb var ki, bunlardan 1-i Bakı şəhərində, 2-si isə Abşeron rayonunda fəaliyyət göstərir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO