“Sabah” və “Zirə” “Səbail”in legioneri ilə maraqlanır

“Sabah” və “Zirə” “Səbail”in legioneri ilə maraqlanır

Hazırda oxunan: “Sabah” və “Zirə” “Səbail”in legioneri ilə maraqlanır

169813

Bu mövsüm debüt etdiyi Misli Premyer Liqasında adından söz etdirən Aleksandr Ramalinqom yeni təkliflər alıb. “Səbail”in hücumçusunu digər iki klubumuz heyətində görmək istəyir.

Bizim.Media xəbər verir ki, hücumçu axtarışında olan “Zirə” və “Sabah” ötən 17 turda 7 qol vurmağı bacaran fransalıya elçi düşüb.

Xüsusilə qəsəbə təmsilçisi məhsuldar oynayan ön xətt oyunçusunu düşərgəsində görmək istəyir.

Daha yaxşı maaş təklifi alan Ramalinqomun getməsi “Səbail”dən asılıdır. “Dənizçilər” yaya kimi müqaviləsi olan futbolçunu buraxmaq istəmir, amma yanvarda vəziyyət dəyişə bilər. Hər şey rəsmi təklifdən və Bayıl təmsilçisinin ona əvəzedici tapmasından asılıdır.
Xatırladaq ki, Ramalinqom Madaqaskar millisinin üzvüdür. 2020-ci ildən bəri Afrika ölkəsinin yığmasında 7 oyuna çıxan futbolçu hələlik qol vurmayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO