“Yeni əskinasları “MilliÖn” və “Bakıkart” qəbul etmir” - SƏRNİŞİN ŞİKAYƏTİ - VİDEO

“Yeni əskinasları “MilliÖn” və “Bakıkart” qəbul etmir” - SƏRNİŞİN ŞİKAYƏTİ - VİDEO

Hazırda oxunan: “Yeni əskinasları “MilliÖn” və “Bakıkart” qəbul etmir” - SƏRNİŞİN ŞİKAYƏTİ - VİDEO

16981

Yeni çap edilən Azərbaycan manatını “Bakıkart” aparatı qəbul etmir. Eyni zamanda “MilliÖn” ödəmə vasitəsi ilə də karta bu pulları qoymaq olmur.

Bizim.Media-nın əməkdaşı mövzu ilə bağlı şəhərin mərkəzin küçələrində yerləşən dayanacaqlarda sərnişinlər arasında sorğu keçirib.

İnformasiyadan xəbəri olanların hamısı faktı təsdiqləyərək “Bakıkart” və “MilliÖn” aparatı vasitəsilə ödəmə həyata keçirə bilmədiklərini dedilər.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Bizim.Media-ya açıqlamasında bu faktın araşdırıldığını bildirdi və əlavə etdi ki, “Bakıkart” hazırda yeni əskinasların terminala tanıdılması prosesini həyata keçirir:

“Problem mərhələli şəkildə həllini tapacaq”.

Mərkəzi Bankdan isə sorğumuza cavab olaraq bildirildi ki, yanvar ayının 11-də yeni əskinaslar dövriyəyə buraxılanda da bu problemin ola biləcəyi ilə bağlı ictimaiyyətə məlumat verilib:

“Hazırda  əskinasların ödəmə aparatlarında tanıması prosesi gedir”.

Gülşanə Mustafayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO