Azərbaycanda kərə yağı istehsalı idxalı ÜSTƏLƏDİ 

Azərbaycanda kərə yağı istehsalı idxalı ÜSTƏLƏDİ 

Hazırda oxunan: Azərbaycanda kərə yağı istehsalı idxalı ÜSTƏLƏDİ 

169734

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 83.5 milyon dollar dəyərində 14 min 916 ton kərə yağı idxal edilib. 

Bizim.Media əbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. 

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 13.7% və ya 13.2 milyon dollar, həcm baxımından isə 11% və ya 1 839 ton azalıb. Belə ki, 2022-ci ilin ilk 11 ayında Azərbaycana 96.7 milyon dollar dəyərində 16.7 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. 

Xatırladaq ki, kərə yağı və süddən hazırlanmış digər yağların ümumi idxalda payı 0.75% təşkil edib. 
Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə bu ilin yanvar-noyabr aylarında ölkədə 24 min 649 ton kərə yağı istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.7% çoxdur. 

Qeyd edək ki,hesabat dövründə Azərbaycanda kərə yağı istehsalı idxaldan 65.3% çox olub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO