Bakıda güclü külək qaz borularını yerindən qopardı - FOTO

Bakıda güclü külək qaz borularını yerindən qopardı - FOTO

Hazırda oxunan: Bakıda güclü külək qaz borularını yerindən qopardı - FOTO

16968

Aprelin 6-sı səhər saatlarında Bakı və ətraf yaşayış massivlərində əsən güclü külək qaz təsərrüfatına ziyansız ötüşməyib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dəmir yolunun yanında güclü küləyin təsirindən diametri 57 mm olan qaz xəttinin təqribən 100 metrlik hissəsi dayaqlardan yerə düşüb.

Məlumatda deyilir ki, hazırda “Azəriqaz” əməkdaşları hadisə yerindədir, operativ tədbirlər görülür:

“Güclü küləklə bağlı mobil qruplarımız bütün ərazilərdə iş başındadır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO