Belarus, Qazaxıstan və Moldova vətəndaşlarına Rusiya vətəndaşlığının verilməsi prosesi sadələşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.
Fərmana əsasən, artıq sözügedən ölkələrin vətəndaşları Rusiya Federasiyasında yaşamaq üçün icazənin verilməsi barədə qərar qəbul edildiyi gündən ölkə vətəndaşlığına qəbul üçün ərizə verildiyi günə qədər beş il ərzində Rusiya Federasiyasında daimi yaşamaq hüququ qazanacaqlar.
Bununla yanaşı həmin ölkələrin vətəndaşlarından rus dilində danışmaq və Rusiya tarixini və qanunvericiliyinin əsaslarını bilmək tələb olunacaq.
Bizim.Media