"Lənkəranda qastrol səfərində idik. "Qarabağnamə” tamaşasının nümayişindən sonra yer mərmər olduğu üçün ayağım sürüşdü və yıxıldım. Hazırda xəstəxanadayam, müalicə alıram".
Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Xalq artisti Rafiq Əzimov deyib.
Lənkərandan Bakıya gətirilən 85 yaşlı "Şöhrət" ordenli sənətkar səhhətinin əvvəlki günlərdən fərqli olaraq yaxşı olduğunu açıqlayıb:
"Məni təcili yardım maşını ilə Bakıya Mərkəzi Gömrük Hospitalına gətirdilər. Əməliyyat olundum və 2 gün reanimasiyada yatdım. Hazırda müalicə aldığım hospitalın palatasındayam. Bu gün buradan evə getməliydim, lakin ayağımda ağrılar olduğuna görə əlavə 4 gün qalıb, sonra evə buraxılacam. Səhhətimlə maraqlanan və mənə zəng edən bütün sənət dostlarıma sizin redaksiya vasitəsi ilə təşəkkürümü bildirirəm".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
17:52 / 18.12.2023
Yıxılaraq xəstəxanaya yerləşdirilən Xalq artistinin səhhəti NECƏDİR? – ÖZƏL
Hazırda oxunan: Yıxılaraq xəstəxanaya yerləşdirilən Xalq artistinin səhhəti NECƏDİR? – ÖZƏL
Hazırda oxunan: Yıxılaraq xəstəxanaya yerləşdirilən Xalq artistinin səhhəti NECƏDİR? – ÖZƏL
169608
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.