“Tramvay xətlərinin çəkilməsi müzakirə olunmur” - Nazir müavini 

“Tramvay xətlərinin çəkilməsi müzakirə olunmur” - Nazir müavini 

Hazırda oxunan: “Tramvay xətlərinin çəkilməsi müzakirə olunmur” - Nazir müavini 

169551

“Bakıda tramvay xətlərinin çəkilməsi ilə bağlı məsələ hazırda müzakirə edilmir”. 

Bizim.Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Azərbaycanda mobilliyin transformasiyası proqramı"nın təqdimatında bildirib. 

"Bakının Baş Planında tramvay xətlərinin olması nəzərdə tutulur. Amma ictimai nəqliyyatın inkişafı ilə bağlı aparılan müzakirələrdə tramvay xətlərinin çəkilməsi ilə bağlı hər hansı bir konkret fikir yoxdur.
Bu qətiyyən o demək deyil ki, biz bu məsələyə qayıtmayacağıq və tramvay xətlərinin çəkilməsi ilə bağlı məsələ diqqətdən kənardır. Sadəcə bu məsələ müəyyən ərazilərin olmasını tələb edir", - deyə o qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO