Vəfa Şərifova: “Həyat yoldaşım sevgisi ilə mənə geri döndü” – VİDEO 

Vəfa Şərifova: “Həyat yoldaşım sevgisi ilə mənə geri döndü” – VİDEO 

Hazırda oxunan: Vəfa Şərifova: “Həyat yoldaşım sevgisi ilə mənə geri döndü” – VİDEO 

169544

Bir neçə gün əvvəl həyat yoldaşı iş adamı Famil Xəlilovdan ayrıldığını söyləyən müğənni Vəfa Şərifova onunla barışdığını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişində danışıb. 

“”Həyat yoldaşımla ayrılmışam” açıqlamasını geri götürürəm (gülür). Həyat yoldaşımla barışmışam. Mən sevgiyə möhtac insanam.

Sevilmədiyim yerdə heç zaman qalmıram. Həyat yoldaşımdan o soyuqluğu hiss etdim və kənara çəkildim. Düşündüm ki, getmək istəyir, dedim ki, yolun açıq olsun. Amma əslində, getmək istəyən yox imiş, hər şey yaxşı imiş. Mən hər zaman geri addım atıram. Əslində, bu bir tərəfdən zəiflik əlamətidir. Üzləşə bilmirsən... Sevgisizlik elə bir duyğudur ki... Qadın sevgisizliyi hiss edəndə hər gün ölür. Fikirləşdim ki, bir dəfə ölüm...
Həyat yoldaşımla küsəndə o barışmaq üçün hər zaman hansısa hədiyyəni mənə bağışlayıb, sonra barışmışam. Amma bu dəfə ən böyük hədiyyəsi sevgi ilə mənə dönməyi oldu. Küsülü olan vaxtda mən bilirdim ki, həyat yoldaşım məni izləyir. Mənə bu sualı verəndə necə yalandan deyə bilərdim ki, aramızda hər şey yaxşıdır. İnsanda qürur var... İstər-istəməz açıqladım ki, hər şey bitdi. Axı, onun özünə demisən ki, münasibətlər bitib...

Çıxıb efirdə necə tərsinə deyəsən ki, həyat yoldaşımla münasibətlərim yaxşıdır...”, - deyə Vəfa vurğulayıb.

Qeyd edək ki, V.Şərifova münasibətdə olduğu Famil Xəlilovla bir müddət əvvəl ayrıldığını bildirib. Vəfa "Rəsmi nikahımız yoxdur. Kəbinimiz var. Ona da son qoyduq" sözlərini dilə gətirib. Cütlüyün bu münasibətdən bir qız və bir oğul övladı var. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO