Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Azərbaycanda mobilliyin transformasiyası proqramı” çərçivəsində görülən işlər və nəzərdə tutulan layihələr təqdim edilib.
Bizim.Media xəbər verir ki, təqdimatda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin yüksək standartlara çatdırılması və avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir.
“Sərnişindaşıma sahəsində hazırkı vəziyyət sərnişinlərlə yanaşı, bizi də narahat edir. Hazırda paytaxt Bakıda 100-ə yaxın marşrut üzrə müasir tələblərə cavab verməyən avtobus fəaliyyət göstərir. Bu avtobusların yenilənməsinə ciddi ehtiyac var”, - nazir müavini qeyd edib.
O vurğulayıb ki, ictimai nəqliyyat hər nə qədər sosial ağırlıqlı bir sahə olsa da, burada iqtisadi maraqlar da qorunmalıdır.
"Yollarda elektron tərəzilər qurulub. Avtomobillər yüksək sürətlə keçərkən belə yük maşınlarının çəki və kütləsi müəyyən edilir. Artıq 3 nöqtədə bu işi bitirmişik. Növbəti ildə 31 məntəqə 51 belə elektron tərəzinin tətbiqinin təmin edilməsini hədəfləmişik. Təəssüf ki, yollarda ağır yük maşınları hərəkətdədir. Ağır çəkili nəqliyyat sahibləri avtomatik şəkildə müəyyən olunaraq cəzalanacaq. Qanunda buna görə 600 manat olmaqla sərt maliyyə cəzası var. Son mərhələdə isə qanunu pozan şəxslər sürücülük vəsiqəsindən azad olunacaq”, - Rəhman Hümmətov əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:58 / 18.12.2023
Bakıda 100-ə yaxın avtobus tələblərə cavab vermir - RƏSMİ
Hazırda oxunan: Bakıda 100-ə yaxın avtobus tələblərə cavab vermir - RƏSMİ
Hazırda oxunan: Bakıda 100-ə yaxın avtobus tələblərə cavab vermir - RƏSMİ
169523
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.