Ermənistan təcili olaraq Azərbaycanla sülh bağlamalıdır - Erməni politoloq

Ermənistan təcili olaraq Azərbaycanla sülh bağlamalıdır - Erməni politoloq

Hazırda oxunan: Ermənistan təcili olaraq Azərbaycanla sülh bağlamalıdır - Erməni politoloq

169428

“Təəssüf ki, beşinci kolonun Ermənistandakı nümayəndələri belə bir tezis irəli sürürlər ki, guya ruslar olmasa, türklər bizi yox edəcəklər. Bir şeyi başa düşmək lazımdır: bölgəmizdəki qonşularımızla ünsiyyət qurmağı, dil tapmağı, hətta danışıqları birbaşa aparmağı bacarmalıyıq. Son vaxtlar bunun nəticə verdiyinin şahidi oluruq”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan mətbuatına politoloq Arutyun Mkrtçyan Dövlət Dumasının sədr müavini Pyotr Tolstoyun “Ermənistanın Rusiyadan uzaqlaşdırılması zərərli olacaq” fikirlərini şərh edərkən deyib.

“Sülh müqaviləsinə gəlincə, Ermənistan buna hazırdır, lakin ölkə daxilində hər şeyi pozan qruplar var. Ermənistanla Azərbaycan hansısa razılığa gələndə və ya sülh müqaviləsi imzalamaq imkanından danışanda Ermənistan daxilindəki bu adamlar “Artsax”ın (Qarabağdakı keçmiş qondarma rejim) müstəqilliyindən danışmağa başlayırlar.

Ter-Petrosyan da onların dediklərini belə təsvir edirdi: “Bu, hətta uşaq bağçası da deyil, sadəcə dəlilikdir”. Əslində Ter-Petrosyan haqlı imiş.

Bu insanlar “dövlət içində dövlət” yaratmaqdan danışırlar. Buna icazə verərlərmi? Siz ciddi deyirsiniz? Hakimiyyət icazə versə belə, Ermənistanın ən azı 3 milyon vətəndaşı buna imkan verməyəcək. Onlar Ermənistana gəlib “Artsax”ın müstəqilliyindən danışırlar. İndiki zamanda isə Ermənistana sülh hava-su kimi lazımdır. Bunun əksini iddia edən varsa, ya yanılır, ya da bilərəkdən xalqı aldadır. Problemlərə sağlam düşüncə ilə yanaşmağın vaxtı çatıb”, - deyə Arutyun Mkrtçyan bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO