Portuqaliyada “Qarabağ”ı rəqib görmək istəyirlər

Portuqaliyada “Qarabağ”ı rəqib görmək istəyirlər

Hazırda oxunan: Portuqaliyada “Qarabağ”ı rəqib görmək istəyirlər

169333

Portuqaliya mətbuatı "Benfika" və "Braqa"nın Avropa Liqasının 1/16 final mərhələsindəki potensial rəqiblərini müzakirə edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı "A Bola" nəşri yazılıb. 

Bildirilib ki, Portuqaliya klubları üçün ən yaxşı variantlardan biri “Qarabağ” və “Tuluza”dır:

"Potensial rəqiblər arasında Joze Mourinyo və Renato Sançeşli “Roma” (İtaliya), həmçinin Vitinhanın da oynadığı Cennaro Qattuzonun baş məşqçisi olduğu “Marsel” (Fransa) fərqlənir. "Benfika” və “Braqa”nın nəzəri cəhətdən “Tuluza” və “Qarabağ” kimi cəlbedici rəqibləri var. Baxmayaraq ki, ikincisi Şərqi Avropaya uzun səyahət tələb edir".

Qeyd edək ki, Avroliqanın 1/16 final mərhələsinin püşkatma mərasimi dekabrın 18-i keçiriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO