PREMYER LİQA: “Turan” “Zirə”ni qəbul edəcək

PREMYER LİQA: “Turan” “Zirə”ni qəbul edəcək

Hazırda oxunan: PREMYER LİQA: “Turan” “Zirə”ni qəbul edəcək

169268

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçiriləcək.

Bizim.Media xəbər verir ki, "Turan Tovuz" "Zirə"ni qəbul edəcək.

Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək. Matçın baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq.

Tovuz klubu 16 xalla 8-ci, paytaxt təmsilçisi 29 xalla 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura dekabrın 18-da reallaşacaq "Qarabağ" - "Neftçi" görüşü ilə yekun vurulacaq. Əvvəlki oyunlarda "Səbail" "Qəbələ"ni (3:0), "Araz-Naxçıvan" "Sabah"ı (2:0) məğlub edib.
"Kəpəz" - "Sumqayıt" matçında isə qalib müəyyənləşməyib - 1:1.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO