Xəbər verdiyimiz kimi Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın rayonunun Zabux kəndinə çatıb.
Bizim.Media xəbər verir ki, doğma yurdlarına qovuşan ailələrə yeni evlərinin açarları təqdim olunub.
Açarların təqdim edilməsi mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, hüquq-mühafizə orqanlarının, kənd icra nümayəndəliyinin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Bizim.Media