“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində sonuncu matçına çıxıb.
Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu doğma meydanda İsveçin “Hekken” komandası ilə qarşılaşıb.
MÖVZU İLƏ BAĞLI:
“Qarabağ” ilk hissəni öndə BİTİRDİ: Hesab 2:0 - VİDEO
Komandamız Avropa Liqasının play-oof mərhələsinə vəsiqə üçün heç-heçə də bəs edirdi. Lakin “Qarabağ” bu oyundan qələbə ilə ayrılmağı və tarixdə ilk dəfə Avroliqanın pley-offuna vəsiqə qazanmağı bacarıb.
Bu gün qrupun digər oyununda Norveç “Molde”si əvvəlki bütün oyunlarından qalib ayrılmış lider “Bayer”lə (Almaniya) üz-üzə gəlib. Almanlar bu dəfə də 5:1 hesablı qələbəyə seviniblər.
Avropa Liqası
H qrupu, 6-cı tur
14 dekabr
“Qarabağ” – “Hekken” 2:1
Qollar: Leandro Andrade, 1. Yassin Benzya, 45+4 – Bədavi Hüseynov, 90+4-öz qapısına.
Qırmızı vərəqə: Marko Veşoviç, 56.
Baş hakim: Yucin Caya (Albaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
“Qarabağ”: 99. Andrey Lunyov, 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov (k).
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Mateus Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
“Hekken”: 26. Peter Abrahamson, 4. Ayham Usu, 5. Even Hovland, 10. Ali Yussef, 11. Samuel Qustafson (k), 13. Simon Sandberq, 17. Eduard Çilufya, 18. Mikkel Riqaard, 21. Tomas Totland, 23. Mamadu Sonko, 27. Romeo Amane.
Ehtiyat oyunçular: 1. Yohan Brattberq, 30. Sebastyan Banoziç, 8. Abdulrazaq İshaq, 16. Pontus Dabho, 19. Srcan Hrstiç, 25. Abdulaye Faye, 33. Con Pol Dembe, 35. Siqqe Yansson.
Baş məşqçi: Per Matias Hoqmo.
Rəşad Rafiqoğlu, Bizim.Media