“ABŞ Azərbaycan ilə Ermənistan arasında saxlanılan hərbçilərin dəyişdirilməsini alqışlayır”.
Bu fikirləri ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib. “Prosesi irəli aparmaq üçün Ermənistan və Azərbaycanla işləməyə davam edəcəyik. İnanırıq ki, hər iki tərəf buna səy göstərsə, sülh mümkündür”, - ABŞ Dövlət Departamentinin rəsmisi deyib.
Maraqlıdır, ABŞ-ın sülh cəhdlərinin arxasında Qafqaz siyasətində pay sahibi olmaq niyyəti dayanır, yoxsa başqa maraqlar da var?
Mövzu ilə bağlı sabiq xarici işlər naziri Elmar Məmmədyarovun fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, ABŞ-ın öz maraqları var:
“Bu ölkə dünyadakı bütün hadisələrə öz mövqeyini bildirir. ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanmasını və Rusiya amilini nəzərə alaraq Ermənistanda öz mövqeyini gücləndirmək istəyir. Rusiya da bu məsələ ilə bağlı dəfələrlə bəyanatlarla çıxış edib. Məqsəd Ermənistanı Rusiyadan uzaqlaşdırmaqdır. Ancaq ABŞ-ın Rusiyanın Qafqazdakı gücünü zəiflədəcəyinə inanmıram.
Sülh sazişi ABŞ-ın vasitəsi ilə bağlanılsa, sözügedən ölkənin nüfuzu qalxacaq. Həmçinin belə bir hadisə olsa, Rusiyanı regiondan çıxarmaq daha asan olacaq”.
E.Məmmədyarov qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanılması üçün birbaşa danışıqlar aparılmalıdır: “Ancaq bu, o demək deyil ki, Vaşinqtondan və ya digər vasitəçilərdən imtina etmək lazımdır. Sadəcə sülh məsələsində danışıqlar birbaşa iki ölkə arasında olmalıdır. Çünki vasitəçi ölkələrin hər birinin öz milli maraqları var. Mən inanıram ki, buna nail ola bilərik”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:00 / 15.12.2023
ABŞ-ın Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq planının İFŞASI – Elmar Məmmədyarovun ŞƏRHİ
Hazırda oxunan: ABŞ-ın Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq planının İFŞASI – Elmar Məmmədyarovun ŞƏRHİ
Hazırda oxunan: ABŞ-ın Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq planının İFŞASI – Elmar Məmmədyarovun ŞƏRHİ
169045
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.