Ramiz Məlikin bacısı:

Ramiz Məlikin bacısı: "Qardaşım televiziyaya çıxmaq, efirlərdə görünmək istəmirdi" -  FOTO

Hazırda oxunan: Ramiz Məlikin bacısı: "Qardaşım televiziyaya çıxmaq, efirlərdə görünmək istəmirdi" -  FOTO

168988

"Üç gün idi ki, qardaşım Ramizin vəziyyəti ağırlaşmışdı. O, mədəaltı vəzinin xərçəngin xəstəliyindən əziyyət çəkirdi. O vəzi isə müalicəyə tabə olmayan, sağalmayandır".

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində bu gün 80 yaşında onkoloji xəstəlikdən dünyasını dəyişən Xalq artisti Ramiz Məlikin bacısı Pəricahan Məlik deyib.

Mərhumun bacısı R.Məlikin üç ay ərzində səhhətinin daha da pisləşdiyi vurğulayıb:

"Ramiz mart ayından "Milli Onkoloji Mərkəzdə" müalicə alırdı. Bir az yaxşı olurdu, sonradan yenidən vəziyyəti ağırlaşırdı. Son sözləri isə bu oldu ki, Ramiz hər şeydən razı idi. O böyük aktyor idi. Ona dövlət tərəfindən böyük diqqət və qayğı vardı. Onun avqustun 4-ü 80 yaşı tamam oldu.

Prezidentimiz onu fəxri diplomla təltif etdi. Hər zaman deyirdi ki, 80 yaş yaşadım və bu yaşı yaxşı yaşadım. Fəaliyyətlərim sənətdə çoxdur. O teatr səhnəsinə bir müddət çıxmadı. Bu da Covid pandemiyası ilə əlaqəli idi. Həmçinin televiziyaya da çıxmaq, efirlərdə görünmək istəmirdi. Bəlkə də o efirlərdə özünə uyğun şeylər görmürdü. Ad günündə səhhəti də, görünüşü də, əhvalı da yaxşı idi. Bu üç ay içində isə vəziyyəti daha da pisləşdi".

Qeyd edək ki, R.Məlik bu gün 2-ci Fəxri Xiyabanda dəfn olacaq.







Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO