Sabah külək güclənəcək, intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 

Sabah külək güclənəcək, intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 

Hazırda oxunan: Sabah külək güclənəcək, intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 

168853

Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bəzi yerlərində intensiv olacağı ehtimalı var. 

Şimal küləyi 14-də arabir 15-18 m/s-dək güclənəcək. 

Azərbaycanın rayonlarında dekabrın 14-ü axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. /

Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan MR, Mərkəzi-Aran, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var. 

Şərq küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO