“Biz Bakı və İrəvanın münasibətləri normallaşdırmaq üçün qarşılıqlı istəklərini alqışladıq, lakin Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması vaxtına gəlincə, bunu tərəflər özləri müəyyənləşdirməlidir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova bu gün keçirdiyi həftəlik brifinqdə deyib.
MÖVZU İLƏ BAĞLI:
Rəsmi Moskva Ukraynada rus dilinin qadağan edilməsinə ETİRAZ ETDİ - VİDEO
“Biz balanslaşdırılmış sazişin hazırlanmasında tərəfdaşlarımıza köməyi davam etdirməyə hazırıq. Belə bir sənəd regionda davamlı sülh və sabitlik üçün etibarlı zəmin yaratmaq məqsədi daşıyır”, - deyə Zaxarova bildirib.
Qeyd edək ki, noyabrın 28-də Ermənistan parlamentinin spikeri Alen Simonyan etiraf edib ki, Azərbaycanla “yaxın 15 gün ərzində” sülh müqaviləsi imzalana bilər.
O qeyd edib ki, tərəflər demək olar ki, bütün fundamental məsələlər üzrə razılığa gəliblər.
Bizim.Media