“Kəpəz” “Neftçi”nin üzvlərini transfer etmək İSTƏYİR

“Kəpəz” “Neftçi”nin üzvlərini transfer etmək İSTƏYİR

Hazırda oxunan: “Kəpəz” “Neftçi”nin üzvlərini transfer etmək İSTƏYİR

168687

Adil Şükürovun gəlişindən sonra nəticələri yaxşılaşan "Kəpəz" qış fasiləsində güclənmək niyyətindədir. "Zirə"yə ilk mövsümündə gümüş medallar qazandırmış mütəxəssis Gəncə klubunu Premyer Liqada saxlamaq üçün heyətə yeni futbolçuların cəlb olunmasının vacibliyini rəhbərliyə çatdırıb və artıq bu istiqamətdə işə başlayıblar. 

Bizim.Media xəbər verir ki, Neftçi"nin iki futbolçusu "Kəpəz"in maraq dairəsinə düşüb. Adil Şükürov "Neftçi"dən Ömər Buludov və İsmayıl Zülfüqarlını ixtiyarında görmək istəyir. 

"Kəpəz" hər iki futbolçunu mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədir. Adil Şükürov hər iki futbolçu alınmasa, heç olmasa onlardan birinin "Kəpəz"ə cəlb olunmasını rəhbərlikdən xahiş edib.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO