DYP sürücülərə MÜRACİƏT EDİB: “Diqqətli olun”

DYP sürücülərə MÜRACİƏT EDİB: “Diqqətli olun”

Hazırda oxunan: DYP sürücülərə MÜRACİƏT EDİB: “Diqqətli olun”

168251

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

Bizim.Media xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYP) verilən məlumata görə, havalar soyuduqca, yağışlar yağdıqca yollarda yaranan su gölməçələri piyadalar üçün əsl problemə çevrilir.

"Elə sürücülər var ki, yol kənarında dayanan piyadaları nəzərə almır, yollardan keçərkən sürət həddini azaltmaq əvəzinə əksinə sürət həddini daha da artıraraq, onların üst-başlarını batırmağa nail olurlar. 
Hava şəraitini nəzərə almaqla, sürücülərə tövsiyə edirik ki, yollarda diqqətli olsunlar və yol kənarlarında dayanan piyadaları nəzərə alsınlar. Unutmasınlar ki, piyadaların üzərinə su sıçratmaq yolverilməzdir", - deyə müraciətdə qeyd edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO