Mingəçevirdə hepatit A xəstəsi Bakıdakı xəstəxanada qızılcaya YOLUXUB? – TƏBİB-dən AÇIQLAMA 

Mingəçevirdə hepatit A xəstəsi Bakıdakı xəstəxanada qızılcaya YOLUXUB? – TƏBİB-dən AÇIQLAMA 

Hazırda oxunan: Mingəçevirdə hepatit A xəstəsi Bakıdakı xəstəxanada qızılcaya YOLUXUB? – TƏBİB-dən AÇIQLAMA 

168237

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova Aprel şəhidi Rahim Tağıyevin övladı Ülkər Tağızadənin iki həftə əvvəl hepatit A diaqnozu ilə Mingəçevirdən Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzin infeksion xəstələr şöbəsinə yerləşdirildiyini və oarada qızılcaya yoluxduğunu söyləyib.

S.Orucova TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini problemlə bağlı açıqlama verməyə çağırıb.

TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 21 yaşlı Ülkər Tağızadə Hepatit A diaqnozu ilə Kliniki Tibbi Mərkəzin İnfeksion xəstəliklər şöbəsində müalicə alıb.

Xəstənin vəziyyəti qənaətbəxş olub və ambulator müalicə üçün evə buraxılıb. 05.12.2023-cü il tarixində bədən hərarəti kəskin yüksəlib, növbəti gün bədənin müxtəlif nahiyələrində qızılca səpkiləri müşahidə olunub:
“Qeyd edirik ki, ümumiyyətlə qızılca və Hepatit A xəstələrinin müalicəsi eyni müalicə korpuslarında aparılmır. Qızılca virusuna hava-damcı yolu ilə, Hepatit A virusuna isə qidalardan və çirkli sudan (yaxşı yuyulmamış tərəvəz, hovuz və dəniz suyundan) yoluxma riski daha yüksəkdir. 

Məlumat üçün bildiririk ki, qızılca xəstəliyinin inkubasiya dövrü 21 gündür. 

Xəstənin anası ilə tərəfimizdən əlaqə saxlanılıb və ixtisaslaşmış xəstəxanada onun müalicəsinin aparılması təklif olunub”, deyə TƏBİB-in məlumatında qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO