Millimizin üzvü dubl etdi, komandası qələbə qazandı

Millimizin üzvü dubl etdi, komandası qələbə qazandı

Hazırda oxunan: Millimizin üzvü dubl etdi, komandası qələbə qazandı

168214

Futbol üzrə Niderland I Divizionunda 18-ci turun oyunları keçirilir. 

Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" doğma meydanda "Emmen"i qəbul edib. 

Qarşılaşma ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Ozan Can da bu görüşün iştirakçısı olub. 25 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, komandasının 1-ci və 3-cü qollarını vurub. 18 turdan sonra 26 xal toplayan "Eyndhoven" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO