Bakıda ağır yol qəzası - 5 yaşlı uşaq yolu keçərkən maşın vurdu

Bakıda ağır yol qəzası - 5 yaşlı uşaq yolu keçərkən maşın vurdu

Hazırda oxunan: Bakıda ağır yol qəzası - 5 yaşlı uşaq yolu keçərkən maşın vurdu

16816

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Keşlə qəsəbəsində yolu keçən 2016-cı il təvəllüdlü Kərimov Saleh Ramal oğlu yolu keçərkən avtomobil onu vurub. Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona açıq kəllə-beyin travması, sol körpücük sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

S.Kərimovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO