Virusa yoluxan Sərxan Kərəmoğlu xəstəxanalıq oldu

Virusa yoluxan Sərxan Kərəmoğlu xəstəxanalıq oldu

Hazırda oxunan: Virusa yoluxan Sərxan Kərəmoğlu xəstəxanalıq oldu

168000

Aktyor və müğənni Sərxan Kərəmoğlu səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı sənətçi sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada bildirib. 

Sərxan virusa yoluxduğunu və özünü piss hiss etdiyini vurğulayıb: 

“Çox pis virus yayılıb. Bu xəstəlik yalnız qızılça deyil. 3 gündür ki, canımla əlləşirəm. Səhhətimlə bağlı müəyyən şübhələrim vardı. Həkimlər məni o şübhələrimdən uzaqlaşdırdı. Mənə 3 gündür ki, müxtəlif “sistemlər” köçürülür. Bu müalicə isə mütləq şəkildə həkim nəzarətində olmalıdır. Əgər xəstələnmisinizsə, ağzınıza gələn müalicələr etməyin. Həkim nəzarətində olmalısınız. O bilməlidir ki, hansı mayə sizin orqanizminizə yeridilməlidir”. 

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO