Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsində dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib
Dəyişikliyə əsasən, tam orta təhsil və ya orta ixtisas təhsili əsasında Akademiyanın ali təhsilin bakalavriat səviyyəsinin əyani təhsilalma formasına qəbul ediləcək şəxslərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanılır.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul haqqında elanda həmin müqavilənin bağlanılmasının zəruriliyi barədə məlumat verilir.
Yuxarıda göstərilən şəxslərin Akademiyaya qəbulu daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanıldıqdan sonra Akademiya rəisinin əmri ilə rəsmiləşdirilir.
Bizim.Media