Neftçalada 10 yaşlı uşaq ölüb.
Bizim.Media xəbər verir ki, Aşağı Surra kənd sakini, 2013-cü il təvəllüdlü Əliyeva Samirə Elxan qızının evdə halı pisləşib və xəstəxanaya aparılarkən yolda keçinib.
Onun bir həftə əvvəl qızılcaya yoluxduğu və ev şəraitində müalicə aldığı qeyd edilir. Uşağa əvvəllər qızılca əleyhinə peyvəndin vurulmadığı bildirilir.
Bu dəqiqələrdə uşaq kənd qəbiristanlığında dəfn edilir.
Bizim.Media