Adı millimizlə hallanan məşqçi Türkiyə klubu ilə DANIŞIQ APARIR

Adı millimizlə hallanan məşqçi Türkiyə klubu ilə DANIŞIQ APARIR

Hazırda oxunan: Adı millimizlə hallanan məşqçi Türkiyə klubu ilə DANIŞIQ APARIR

167681

Adı milli komandamızın baş məşqçi postuna namizədlər sırasında hallanan Fabio Kannavaro üçün daha bir variant ortaya çıxıb. 

Bizim.Media “Sky sport”a istinadən xəbər verir ki, son illər italiyalı çalışdırıcılara üstünlük verən Türkiyə klublarından daha biri eyni addımı atmaq istəyir.

Sabiq müdafiəçinin “Adana Dəmirspor”a rəhbərlik etmək variantı var. 

Artıq adanalıların mütəxəssislə danışıqlara başladığı bildirilir. Onlar iki gün öncə istefaya göndərilən Patrik Klyuverti “Qızıl Top” sahibi ilə əvəzləmək niyyətindədir.

Kannavaronun yığmamıza gəlmək ehtimalı azalsa da, onu tez-tez xatırlamalı olacağıq. Çünki Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev “Adana Dəmirspor”da oynayır.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO