Prezident: “Qarabağda böyük həcmdə erməni kontingenti var idi” - VİDEO

Prezident: “Qarabağda böyük həcmdə erməni kontingenti var idi” - VİDEO

Hazırda oxunan: Prezident: “Qarabağda böyük həcmdə erməni kontingenti var idi” - VİDEO

167661

"Biz suverenliyimizi iki il yarım bundan əvvəl bərpa edəndə gördük ki, Qarabağda böyük həcmdə çoxsaylı erməni kontingenti var və onlar heç bir beynəlxalq hüququn prinsiplərinə məhəl qoymurdular". 

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və Çətinliklər” Forumunda bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev ADA Universitetində Qarabağla bağlı Forumda iştirak edir - CANLI 


“Biz ümid edirdik ki, bu məsələ öz həllini tapacaq. Biz dərk edirdik ki, bu, anormal vəziyyətdir və İkinci Qarabağ müharibəsi bitəndən sonra bizim mövqeyimiz aydın idi. Qarabağda yaşayan insanların iki seçimi var - onlar ya Azərbaycan vətəndaşları olurlar və onların bütün hüquqi çərçivələri yaradılır və ya yaşayış üçün digər yerləri seçirlər. Bunun başqa yolu yox idi”, - deyə dövlət başçısı vurğulayıb. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO