Sabah hava küləkli olacaq - Hidrometeorologiya Xidmətindən XƏBƏRDARLIQ

Sabah hava küləkli olacaq - Hidrometeorologiya Xidmətindən XƏBƏRDARLIQ

Hazırda oxunan: Sabah hava küləkli olacaq - Hidrometeorologiya Xidmətindən XƏBƏRDARLIQ

16762

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə aprelin 5-də havanın temperaturu gecə 8-11 dərəcə, gündüz 15-19 dərəcə isti olacaq.

Bakıda gecə 8-11 dərəcə, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək, Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Aprelin 5-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10 dərəcə, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-4 dərəcə şaxta, gündüz 7-12 dərəcə, bəzi нerlərdə 15-20 dərəcə isti olacaq.

Aprelin 5-də gün ərzində Bakıda və Abşeron yarımadasında cənub küləyinin arabir 15-18 m/s-dək güclənəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO