Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyəti “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”nın (OGDC) elan edilməsinə həsr olunmuş konfransda iştirak edib.
Bizim.Media SOCAR-a istinadən xəbər verir ki, iqlim dəyişmələri üzrə qlobal çağırışları nəzərə alan və ətraf mühitin mühafizəsini prioritet istiqamət kimi müəyyənləşdirən SOCAR OGDC xartiyasına qoşulduğunu elan edərək neft-qaz əməliyyatları zamanı ekoloji məsələlərə həssaslıqla yanaşdığını bir daha nümayiş etdirib.
Qeyd edək ki, OGDC xartiyası 2050-ci ilə qədər əməliyyatlarda xalis sıfıra nail olma, 2030-cu ilə qədər “Upstream” seqmentində metan emissiyaları üzrə sıfır hədəfinə yaxınlaşma, 2030-cu ilə qədər normal hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsi kimi hədəfləri özündə əks etdirir.
Bizim.Media
![SOCAR “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”na qoşulub SOCAR “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”na qoşulub](https://bizim.media/file/articles/2023/12/05/1701796827_3.jpg)
- A-
- A
- A+
İqtisadiyyat
21:12 / 05.12.2023
SOCAR “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”na qoşulub
Hazırda oxunan: SOCAR “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”na qoşulub
Hazırda oxunan: SOCAR “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”na qoşulub
167603
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.