Bakı metrosundan gündəlik istifadə edənlərin sayı 593 mini ötüb

Bakı metrosundan gündəlik istifadə edənlərin sayı 593 mini ötüb

Hazırda oxunan: Bakı metrosundan gündəlik istifadə edənlərin sayı 593 mini ötüb

167530

Bu ilin noyabr ayında “Bakı metropoliteni” QSC-də 20 milyon 227 min 18 sərnişin daşıyıb. Bunlardan 516 min 706 nəfəri güzəştli sərnişinlər olub.

“Bakı Metropoliteni” QSC-dən Bizim.Media-ya verilən məlumata görə, orta statistik hesabla gün ərzində 674 min 234 sərnişinə daşıma xidməti göstərilib. Noyabrın 20 iş günü ərzində orta statistik gündəlik sərnişindaşıma 775 min 419 nəfər, 10 qeyri-iş günündə 471 min 865 nəfər olub.

Cari ilin noyabrında Bakı metrosu tarixində ən çox sərnişin daşınan 2019-cu ilin eyni dövrünə nəzərən 6.3 faiz az, əvvəlki - 2022-ci ilin həmin ayı ilə müqayisədə 0.9 faiz və ya 183 min 313 sərnişin çox daşınıb.

Bu ilin 11 ayı ərzində “Bakı metropoliteni” QSC-də 5 milyon 703 min 758 nəfəri güzəştli olmaqla, 198 milyon 202 min 447, orta statistik hesabla gündəlik 593 min 421 sərnişin istifadə edib. Bundan əvvəlki illərin eyni dövrlərinin müqayisəsinə nəzər salanda, bu, 2019-cu ilin 11 ayından 7.3 faiz az, 2022-ci ilin həmin müddətindən isə 5.8 faiz çox sərnişinin daşınması deməkdir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO