“Şükür ki, aşıq sənətinə hörmət edən insanlar hələ də var” – Misir Mərdanov 

“Şükür ki, aşıq sənətinə hörmət edən insanlar hələ də var” – Misir Mərdanov 

Hazırda oxunan: “Şükür ki, aşıq sənətinə hörmət edən insanlar hələ də var” – Misir Mərdanov 

167491

"Mən elə bir torpaqda, elə bir yerdə anadan olmuşam ki, aşıq sənəti lap körpəlikdən qanımıza, canımıza yayılıb".

Bizim.Media xəbər verir ki, bunu "Dalğa" musiqi qrupunun Heydər Əliyev Sarayında keçirilən konsertində professor, sabiq təhsil naziri Misir Mərdanov deyib.

Aşıq musiqisinin qədimliyindən danışan professor hazırda Göyçə mahalından uzaq düşdüklərini vurğulayıb:

"Qışın soyuq çağlarında Qaraqoyunlu dərəsinə Göyçədən aşıqlar gələrdi. Səhərə qədər bizim qocalar, ağsaqqallar, cavanlar aşıq musiqisi sədaları altında günlərini keçirərdilər. Bu gün biz o yerlərdən uzaqdayıq. Çox şükür ki, Azərbaycanda aşıq sənətinə hörmət edən insanlar hələ də var".

Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO