"The Weeknd" ləqəbi ilə dünya pop musiqisinə adını qızıl həriflərlə yazdıran Abel Makkonen Tesfay Qəzza zolağında BMT-nin Ümumdünya Ərzaq Proqramının humanitar yardımına qoşulub.
Bizim.Media "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, sənətçi bunun üçün yardımın fonduna 2,5 milyon dollar vəsait köçürüb.
Sözügedən vəsait 173 mindən çox fələstinlini iki həftə ərzində qidalandıra biləcək 820 ton ərzaq bağlamasının çatdırılmasına sərf olunacaq.
Hazırda Qəzzada 1 milyondan çox insan qida ilə bağlı problem yaşayır. Təşkilat onları müxtəlif növ konservlər, un məmulatları və çörək ilə təmin edir.
Qeyd edək ki, 2021-ci ilin yazında "The Weeknd" Efiopiyada aclıqla mübarizə aparmaq üçün BMT-nin ərzaq proqramına 1 milyon dollar ianə etmişdi.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:24 / 03.12.2023
Pop ulduzdan Qəzzada yaşayanlara 2,5 milyon dollarlıq YARDIM
Hazırda oxunan: Pop ulduzdan Qəzzada yaşayanlara 2,5 milyon dollarlıq YARDIM
Hazırda oxunan: Pop ulduzdan Qəzzada yaşayanlara 2,5 milyon dollarlıq YARDIM
167235
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.