Mikayıl Cabbarov: “SOCAR 2035-ci ilə qədər metan tullantılarını sıfıra endirəcək”

Mikayıl Cabbarov: “SOCAR 2035-ci ilə qədər metan tullantılarını sıfıra endirəcək”

Hazırda oxunan: Mikayıl Cabbarov: “SOCAR 2035-ci ilə qədər metan tullantılarını sıfıra endirəcək”

167155

“COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində SOCAR irəli sürülən təşəbbüslərin birinə qoşulub. Həmin öhdəliyə əsasən SOCAR 2035-ci ilə qədər metan tullantılarının sıfıra endirilməsi könüllü öhdəliyini qəbul edib və bununla bağlı müvafiq sənədlər imzalayıblar. Neft və qaz hasil edilərkən əmələ gələn metan tullantıların azaldılması üçün bir sıra texniki-texnoloji tədbirlər sərmayələr həyata keçiriləcək. Bu da həm ölkəmizdə olan iqlim mövzularına diqqəti cəlb edir, həm də qlobal konfrans çərçivəsində hədəflənən ən böyük məqsədlərdən biridir”.

Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında jurnalistlərə açıqlaması zamanı bildirib.

Nazir bildirib ki, ölkəmiz öz üzərinə götürdüyü hədəfləri 2030-cu il üçün toplam enerji balansımızda bərpa olunan enerji mənbələrinin hədəflərinə çatdırılması məqsədini vaxtından öncə yerinə yetirəcək:

“Azərbaycanın təşəbbüsü ilə iki həftə bundan öncə ölkəmizdə Azərbaycan, Özbəkistan, Qazaxıstanın iqtisadiyyat və energetika nazirlərinin iştirakı ilə birgə görüş keçirilib. 

O görüşdə bölgəmizdə istər Azərbaycanda, istərsə də Orta Asiya ölkələrində istehsal olunan enerji, bərpa olunan enerji mənbələrinin həm ixracı, həm mübadiləsi imkanları, eyni zamanda, Xəzər dənizi sahillərini birləşdirən enerji kabelinin tikilməsi kimi layihələr müzakirə edilib”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO