"Martın son 3 günü ərzində 61 məktəb distant təhsilə keçmək məcburiyyətində qaldı. Onlardan 24-ü Bakı şəhərinin payına düşürdü".
Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” üzərindən tədrisin təşkilinə dair verilmiş qərarla əlaqədar ictimaiyyəti və medianı maraqlandıran sualları cavablandırarkən deyib.
O bildirib ki, qarşıdakı həftələrdə nə olacağı ilə bağlı qeyri-müəyyənlik var:
“Məktəblərin fəaliyyəti ilə bağlı keçirilən sorğuda iştirak edən bəzi vətəndaşlarımız bu yoluxma sayında belə müəllim və şagirdlərin məktəbə getməsinin tərəfdarıdır. Amma nəzərə alaq ki, gündəlik yoluxmaların 4-6 faizi müəllimlər olur.
Təxminən 100-ə qədər məktəb personalı gündəlik olaraq koronavirusa yoluxur. Bunun da 80 %-i Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronun payına düşür.
Bu isə artıq hər gün 10-15 məktəbin bağlanması demək idi. Yəni onsuz da qarşıdakı günlərdə çoxlu sayda məktəb distant təhsilə keçməli idi".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:40 / 03.04.2021
"Bəzi vətəndaşlar müəllim və şagirdlərin məktəbə getməsi tərəfdarıdır" - Nazir
Hazırda oxunan: "Bəzi vətəndaşlar müəllim və şagirdlərin məktəbə getməsi tərəfdarıdır" - Nazir
Hazırda oxunan: "Bəzi vətəndaşlar müəllim və şagirdlərin məktəbə getməsi tərəfdarıdır" - Nazir
16703
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.