Mirzoyan: “Bakı və İrəvan sülh müqaviləsinə dair danışıqları yekunlaşdırmalıdır”

Mirzoyan: “Bakı və İrəvan sülh müqaviləsinə dair danışıqları yekunlaşdırmalıdır”

Hazırda oxunan: Mirzoyan: “Bakı və İrəvan sülh müqaviləsinə dair danışıqları yekunlaşdırmalıdır”

166928

“Ermənistan sülh müqaviləsinə dair danışıqları yekunlaşdırmaq üçün Azərbaycan tərəfi ilə görüşməyə və Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılması üçün əməli addımlar atmağa hazırdır”. 

Bizim.Media xəbər verir ki, bunu Skopyedə ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Mirzoyan xatırladıb ki, Ermənistan müəyyən prinsiplərə əsaslanan sülh sazişinin bağlanmasının tərəfdarıdır.

Buraya Bakı və İrəvan tərəfindən bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması; MDB-nin prinsipləri və məqsədləri haqqında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası və sonra demarkasiyası; ölkələrin suverenliyi, yurisdiksiyası, qanunvericiliyi, bərabərliyi və qarşılıqlılığının tanınması əsasında regionda kommunikasiyaların açılması daxildir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO