Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Mir Cəlal keçəsi 145 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın zamanı FHN-in qüvvələri tərəfindən tüstülənmiş mənzillərdən 15 nəfər bina sakini təxliyə olunub.
*** 19:48
Bakı şəhəri 90cu mikrorayon ərazisində hündürmərtəbi yaşayış mərtəbəsində mənzillərdən birində yanğın başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə video görüntülər hadisə şahidləri tərəfindən sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə yanğının mənzilin eyvanına yayıldığı əks olunub.
Bizim.Media