Baş Prokurorluqdan Tərtərdə ikinci dəfə minaya düşərək ölən şəxslə bağlı AÇIQLAMA 

Baş Prokurorluqdan Tərtərdə ikinci dəfə minaya düşərək ölən şəxslə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Baş Prokurorluqdan Tərtərdə ikinci dəfə minaya düşərək ölən şəxslə bağlı AÇIQLAMA 

166837

Baş Prokurorluq minaya düşərək ölən Yaquar Hadıyevlə bağlı açıqlama yayıb. 

Bizim.Media xəbər verir ki, açıqlamada deyilir: 

"Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Tərtər rayonunun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlunun ölümündə şübhəli məqamlar olması ilə bağlı həqiqətə uyğun olmayan məlumat yayılıb. Süni ajiotaj yaratmaq məqsədilə ictimailəşdirilmiş həmin məlumatla bağlı bildirilir ki, Yaquar Hadıyevin ölümünə dair bütün təfərrüatlar hərtərəfli araşdırılıb. Belə ki, cari il martın 9-da Tərtər rayonu, Çaylı kəndi ərazisində mina partlaması nəticəsində sol ayağının aşağı ətrafı travmatik amputasiya olunmuş Yaquar Hadıyev növbəti dəfə oktyabrın 6-da eyni ərazidə minaya düşərək həlak olub. 

Prokurorluq orqanları tərəfindən aparılan araşdırma zamanı hadisə yerinə və Yaquar Hadıyevin meyitinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb. 
Meyitə baxış zamanı mərhumun bədəni üzərində qanunsuz erməni silahlı birləşmələri tərəfindən basdırılmış minanın partlaması nəticəsində ümumi sayı 5 ədəd olan xəsarətin əmələ gəlməsi müəyyən edilib. 

Qeyd olunan fatklarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işləri üzrə ibtidai istintaq davam etdirilir". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO