"Ukrayna NATO-ya əvvəlkindən daha yaxındır" - Stoltenberq

Hazırda oxunan: "Ukrayna NATO-ya əvvəlkindən daha yaxındır" - Stoltenberq

166825

“Müttəfiqlər Ukraynanın NATO-ya üzv olacağına razıdırlar".

Bizim.Media xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq NATO-Ukrayna Şurasının iclasında deyib.

"Biz Ukraynanın korrupsiyaya qarşı mübarizə aparması, qanunun aliliyinin gücləndirilməsi, insan haqları və azlıqların hüquqlarının dəstəklənməsi kimi prioritet islahatlarla bağlı tövsiyələr verdik" - o bildirib.

Stoltenberq vurğulayıb ki, Ukrayna NATO-ya əvvəlkindən daha yaxındır:

"Biz onları üzvlük yolunda dəstəkləməyə davam edəcəyik. NATO Ukraynanın azadlıq mübarizəsini dəstəkləməyə davam edəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO