Aylıq gömrük limiti 150 dollara salınacaq? – RƏSMİ AÇIQLAMA 

Aylıq gömrük limiti 150 dollara salınacaq? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Aylıq gömrük limiti 150 dollara salınacaq? – RƏSMİ AÇIQLAMA 

166824

Məlum olduğu kimi, Azərbaycan vətəndaşlarının şəxsi istifadə üçün onlayn qaydada xaricdən gətirdikləri malların 300 dollara qədər olan hissəsi gömrük rüsumundan azaddır. Son günlərdə isə bu limitin 150 dollara endiriləcəyi ilə bağlı xəbərlər yayılıb.

Məsələyə aydınlıq gətirmək üçün Dövlət Gömrük Komitəsi ilə əlaqə saxladıq. Komitədən Bizim.Media-ya bildirilib ki, yayılan məlumatların heç bir əsası yoxdur:

“Vətəndaşlar tərəfindən şəxsi istifadə məqsədilə, yəni istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkəyə gətirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 saylı qərarı ilə tənzimlənir və hazırda bu qərarda hər hansı dəyişiklik yoxdur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO